Yayda necə gözəl zaqar əldə etməli

Günümüzdə gözəl bronz zaqar hər bir xanımın arzusudur. Bəs əgər artıq yay gəlibsə və siz hələ də hətta hansı qoruyucu kremi seçəcəyinizi təyin etməmisinizsə nə etməli? Bu məqalədə biz sizə orqanizmə necə zərər yetirmədən zaqar almağa, həmçinin düzgün SPF qoruyucu kosmetikanı seçməyə yardımçı olacağıq.


Zaqar almaq üçün ən uyğun vaxt nə zamandır ?


Yayda necə gözəl zaqar əldə etməli


Əgər siz zaqar əldə etmək üçün dənizə yollanırsınızsa,bir şeyi unutmayın ki, günəş bəzən çox aldadıcıdır və bizim mükəmməl əhvalımız bədənimizdəki xoşagəlməz qızartı və yanmalarla pozula bilər.


Yayda necə gözəl zaqar əldə etməli


Zaqar almaq üçün ən yaxşı vaxt səhər saatlarında 9-11 arası və axşam saat 4dən sonradır. Saat 12:00-15:00 arası günəş vannası qəbul etmək məsləhət görülmür, bu saatlarda günəş yandırıcı və zərərli olur. Bundan əlavə günəş altında uzun müddət qalmaq dəridə yaşlanma prosesini sürətləndirir,dəridə qırışlar yaranır, dəri oz elastikliyini və hamarlığını itirir.


Düzgün SPF'i necə seçməli?


Yayda necə gözəl zaqar əldə etməli


Biz müəyyən bir yaş həddinə çatmışıq və hələ də SPF haqqında anlayışımız yoxdur və onun nə dərəcədə vacib olduğunu bilmirik.
SPF(Sun Protection Factor)-günəşdənqoruma faktorudur. O, sizin dərinizi yanmadan və piqmentli ləkələrin əmələ gəlməsindən qorumağa qadirdir.


Yayda necə gözəl zaqar əldə etməli


Adətən günəşdənqoruma kremlərinin qablaşdırmasının üzərindəki SPF qısaltmasından dərhal sonra onun nömrəsi gəlir. O sizin günəş altında dəriniz yanmadan nə qədər qala biləcəyinizi bildirir. Elə bir fikir yaranır ki, SPF nə qədər yüksəkdirsə bu bir o qədər effektivdir. Lakin bu yanlış fikirdir.SPF'i 50 olan krem SPF'i 30 olan kremdən çox qorumur.
Əgər siz açıq dərilisinizsə SPF'i 30-50 olan kremdən istifadə etməlisiniz. Yox əgər tünd dərilisinizsə o zaman SPF'i 15 olan krem kifayətdir.
Zaqar üçün qoruma faktoru olmayan məhsullar artıq zaqar əldə etmiş dərilərə məsləhət görülür.


Zaqarı necə sürətləndirməli?



Tez bir zamanda bronz zaqar əldə etməyin ən sadə üsulu-təzə sıxılmış kök və ərik şirəsi içməkdir.
İkinci üsul-tərkibində kök və ya kokos ekstraktı olan zaqar məhsulundan istifadə etməkdir.
Zaqarı sürətləndirməyin daha bir üsulu isə Tinql effektli kremdən istifadə etməkdir. Belə kremlər qan dövranını yaxşılaşdırır, nəticədə melanin əmələgəlməsi sürətlənir və dəri gözəl bronz ton əldə edir.

Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо