Gözəəlik qızların əsas silahıdır. Lakin onu qorumaq bizim üçün heç də asan deyil. Bu məqalədə biz sizdən ötrü hər bir qızın bilməli olduğu 10 əsas layfhakı toplamışıq.
| Əgər sizin almacıqlarınız özlərini aşkar büruzə vermirlərsə, onların üzərinə aydınlatıcı aşağıda isə bronzerlə çəkin. Bu sizə almacıqları vurğulamağa imkan verəcək. | |
| Kölgə əvəzinə göz qələmindən istifadə etmək olar. Bir neçə ştrix çəkin və onları əsaslı şəkildə yayın. | |
| Makiyajı silmə vasitələri (süd, miselyar su) saçların boyanması zamanı təsadüfən dəriyə düşmüş rəng izlərini əla silirlər. | |
| Üst dodağın yuxarısındakı çökəyə bir az aydınatıcı əlavə edin. Bu vizual olaraq dodaqlarınızı böyüdəcək. | |
| Saçqıranlardan qurtulmaq üçün saçı spiralda burun və ucu çıxan bütün ucları kəsin. | |
| Gün altında 15 dəqiqə dayanmaqla qaralmaq istəyirsiniz? Kokos yağını bütün bədənə çəkin və nəticəni görəcəksiniz. | |
| Dodaq boyasına mat xüsusiyyətini əlavə etməkdə kirşan yardımçınız olacaq. Dodaq boyasını çəkdikdən sonra dodaqlarınızı salfetlə isladın, sonra isə fırça ilə bir az yarımşəffaf kirşanı yayın. | |
| Qaşlar üçün geli şəffaf dodaq parıltı ilə əvəz etmək olar. | |
| Dırnaq boyanız çox gec quruyur? Əlinizi bir neçə dəqiqəlik soyuq suya salın. Nəticəni çox gözləməyəcəksiniz. | |
| Yumşaq parlaq dəri effektinə nail olma üçün tonal kremə bir az nəmləndirici və ya serum əlavə edin. |