Dərini nəmləndirmək niyə önəmlidir

Nəmləndirmə dərin qulluğunun əsasını təşkil edir. Əgər bu hələ də sizdə gündəlik vərdiş halını almayıbsa, onda elə indi başlayın.

Yuyunma zamanı dəridəki çirklə bərabər üst təbəqə də gedir. Dəridə quruluq və dartınma hissi yaranır. Dəridə həddindən artıq quruluq zamanla qırışların yaranmasına səbəb olur.

Dərini yaşlanmadan və quruluqdan qorumaq üçün nəmləndirici kremlər və ya xüsusi nəmləndiricilərdən istifadə edin (ingilislər onu moisturizer adlandırır). Ancaq nəmləndirici seçimində olduqca diqqətli olmalısınız. O,sizin dəri tipinizə uyğun seçilməlidir. Bir çox hallarda dərinin quruma səbəbi məhz düzgün seçilməmiş nəmlədirici vasitə olur.


Quru və yağlı dəri

Quru və yağlı dəri


Əgər sizin dəriniz qurudursa, onda sizin nəmləndiriciniz qiymətli yağlarla zəngin olmalı və yağlı teksturaya malik olmalıdır. Əgər sizin dəriniz problemli dəri deyilsə onda tərkibində salisil turşusu və digər antiseptiklər olan vasitələrdən uzaq durun. Onlar sizin dərinizi daha da qurudacaqdır.

Əgər sizin dəriniz yağlıdırsa, onda yağsız teksturaya malik vasitələrdən istifadə daha məqsədəuyğundur. Onlar birmənalı olaraq dərinizi nəmləndirir,eyni zamanda yağ parıltısı buraxmır və məsamələrə dolmur.

Dəriyə çimərlik zaqarından sonra xüsusi qulluq lazımdır.

Dəriyə çimərlik zaqarından sonra xüsusi qulluq lazımdır.


Ola bilsin çoxları xəbərsizdir ki,günəş dərinin üst qatına təsir edir və qırışların yaranmasına səbəb ola bilir. Buna görə də nəmləndirici losyonlardan, E vitamini iıə zəngin krem və yağlardan(dərinin gənc qalması üçün məhz o cavabdehdir), gialuron turşusundan və termal sudan istifadə mütləqdir. Bundan əlavə, dərinizin mütəmadi nəmləndirilməsi sizin zaqarınızı uzunömrlü edəcək.

Üz dərisi daha həssas və kaprizlidir. Üz qulluğuna sadəcə nəmləndirici krem kifayət etmir.Həftədə bir neçə dəfə nəmləndirici maskalardan istifadə edin. Onlar sizə gözəllik və cavanlığınızı saxlamağa kömək edəcək.

Ümid edirik ki,məqaləmiz sizin üçün faydalı oldu. Əgər siz hələ də özünüzə nəmləndirici vasitə seçməmisinizsə biz sizə kömək edə bilərik. Aşağıda biz sizə dərinizi qocalmadan qoruyacaq kosmetik vasitələrdən danışacağıq.

Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо