İki həftə içində dərini daha yaxşı etmək? Bilirik, həqiqət olmaq üçün çox gözəl səslənir. Amma düzgün rejim və dəriyə qulluq ayinləri ilə siz 2 həftə ərzində dərinizi ciddi şəkildə yaxşılaşdıra bilərsiniz. Bu, pis vərdişlərdən qurtarmaq və bunun əvəzinə dərinizə bir kraliça kimi yanaşmaq deməkdir. Birinci həftə dərinin təmizlənməsinə, ikinci həftə nəmləndirmə, sakitləşdirmə və sağalma prosesinə həsr olunacaq.
Dərinizi necə yaxşılaşdırmaq olar:
Gigiyena məhsullarından başlamaq lazımdır. Keyfiyyətsiz məhsullar məsamələri tıxayır, kir yığır, dərini qıcıqlandırır. Odur ki, bu 3 mərhələ vacibdir:
1. Yastığınızı və çarşaflarınızı mütəmadi olaraq dəyişdirin
Gecə dəriniz bərpa olunur, tər və ölü hüceyrələr yastıqda qalır. Həftədə 2 dəfə dəyişmək və ayda 1 dəfə yastığı yumaq vacibdir.
2. Makiyaj fırçalarını və süngərləri təmizləyin
Fırçalar bakteriyalar üçün ideal məkandır. Hər istifadədən əvvəl təmizləyin, xüsusən dəriniz akneyə meyllidirsə.
3. Makiyajdan əvvəl əllərinizi yuyun
Əllərinizi yumadan yemək olmazsa, makiyaj da olmaz. Sadə, amma vacib qayda.
Dəriyə gündəlik qulluq vərdişləri
Təmizləmə
Dərin təmizlənməsə, məsamələr tıxanır. Səhər — yumşaq gel, axşam isə hidrofil yağ + köpük.
Tonik
Tonik dərini balanslaşdırır, məsamələri daraldır. Səhər — yüngül, axşam — aktiv tərkibli.
Nəmləndirmə
Yağlı dərilər üçün gel, quru dərilər üçün krem. Dəri nəmlənmədikdə, daha çox sebum ifraz edir.
Günəşdən qoruma (SPF)
SPF istifadə etmirsinizsə, indi başlayın. SPF 30 və daha yüksək — mütləqdir.
Gua Şa
5 dəqiqəlik masaj limfanı hərəkətə gətirir, şişkinliyi azaldır və dərini tonusda saxlayır.
Aşındırma (eksfoliasiya)
Həftədə 2 dəfə kimyəvi pilinq ilə ölü hüceyrələri təmizləyin. Fiziki skrablar həssas dərini zədələyə bilər.
Gil maskaları
Gil maskası məsamələri təmizləyir, yağı və kiri çəkir. Dərini dərin təmizləmək üçün idealdır.
Dərinizə parıltı verin
C vitaminli serumlar ləkələri açır, dərini parlaqladır və tonu bərabərləşdirir.
Müəllif: Nigar Əsgərova