10 ən yaxşı büdcəli aydınlatıcı

Parıldayan dəri bu il də gözəllik trendi kimi qalır. Bu gün demək olar ki, hər bir müasir xanım sağlam və parıldayan dəri arzusundadır. Bu məsələdə bizim köməyimizə gözəllik sənayəsində sıçrayış etmiş bir məhsul olaraq aydınlatıcı gəlir. Onun tarixi heç 20 ili də keçmir, lakin qısa müddətdə milyonlarca qadının sevimlisinə çevrilməyi bacarmışdır.

Aydınlatıcı dərini işıqlandırmağa kömək edir, ona təravətli və dincəlmiş görünüş bəxş edərək, qüsurları örtməyə köməklik göstərir.




Aydınlatıcını necə seçmək lazımdır?

Quru və normal dəriyə sahib xanımlara krem və maye teksturalı aydınlatıcı uyğun olacaq. Yağlı və qarışıq dərili xanımlar isə pudra teksturalı aydınlatıcını düşünmədən əldə edə bilərlər. Ağbəniz xanımlar mirvari, gümüşü və şampan tonlarında, qarabəniz xanımlar isə qızılı və ya bürünc tonlarda aydınlatıcıları ütün tutmalıdırlar.

Seçimi daha asanlaşdırmaq üçün biz sizə bütün hallarda istifadə edə biləcəyiniz 10 qısabüdcəli aydınlatıcı müəyyən etdik:


1. NYX Born to Glow Illuminator


NYX Born to Glow Illuminator

Bu aydınlatıcı NYX şirkətinin bestselleri hesab edilir. Dəriyə gözəl parlaqlıq bəxş edir. Əgər quru dəriyə sahibsinizsə heç düşünmədən bu aydınlatıcını əldə etməlisiniz. Maye teksturası onun dərinin üzərinə rahatlıqla yaymağa eləcə də tonal kremlə qarışdırmağa icazə verir.



2. Makeup Revolution I Love Blushing Heart


Makeup Revolution I Love Blushing Heart

Bu qısabüdcəli aydınlatıcı məşhur Too Faced markasının analoquna çevrilib. Pudra teksturalı bu aydınlatıcı quru dərili xanımların ideal seçimi ola bilər.


Sifariş et


3. The Balm Mary-Lou Manizer


The Balm Mary-Lou Manizer

Məşhur The Balm markasının nə vaxtsa sensasiya yaratmış Mary-Lou aydınlatıcısı haqqında çoxumuz eşitmişik. Nəzərə çatdıraq ki, o bu gündə öz aktuallığını itirmir və milyonlarca qadının sevimlisi olaraq qalır. Şampan rəngində hamar pudra teksturası demək olar ki, hər bir xanıma uyğun olacaq. Əgər hələ də aydınlatıcı axtarışındasızsa, bu klassik variant əsl sizlikdir.


Sifariş et


4. Maybelline Master Strobing Liquid Highlighter


Maybelline Master Strobing Liquid Highlighter

Maye teksturalı aydınlatıcı 2017-də aktual və dəbdə olan strobinq effektini ideal yarada bilir. Bu aydınlatıcı 3 tonda istənilən dəriyə uyğun təqdim edilib.



5. Colourpop Super Shock Highlighter


Colourpop Super Shock Highlighter

Gənc marka Colourpop-a məxsus olan bu aydınlatıcı krem teksturasına malik olduğu üçün quru dərili xanımlara daha uyğundur. Qısabüdcəli variant axtarışında olanlar üçün ideal seçimdir.



6. Catrice Liquid Luminizer


Catrice Liquid Luminizer

Alman istehsalçısı olan Catrice təqdim etdiyi maye teksturalı aydınlatıcı qələm formasında istehsal edlib. Bu isə onu göz və dodaq ətrafları üçün rahatlıqla istifadə edilməsinə köməklik göstərir.


Sifariş et


7. L’Oreal True Match Liquid Glow Illuminator


L’Oreal True Match Liquid Glow Illuminator

Aydınlatıcı özündə 2 funksiyanı birdən daşıyır: baza və parıldadıcı. Makiyajdan öncə baza kimi əla xidmət göstərir, tonal krem ilə asan qarışdırıla bilir və dərinin üzərinə yayılır. Həm quru,həm də yağlı dərili xanımlara uyğundur.



8. e.l.f. Baked Highlighter


e.l.f. Baked Highlighter

Məşhur Amerika brendi E.L.F cosmetics-a məxsus olan pudra teksturalı aydınlatıcı həm quru, həm də nəm halda istifadə edilə bilər. Daha çox parıltı üçün nəm süngərlə istifadə etmək məsləhətlidir.



9. NYX Illuminator


NYX Illuminator

Yüngül pudra teksturalı aydınlatıcı üzə təbii görünüş verən mikrohissəciklərə malikdir. Bu universal məhsulu qaş altı, burun və göz ətrafı dəriyə istifadə etmək olar.



10. L’Oreal Alliance Perfect Illuminator


L’Oreal Alliance Perfect Illuminator

Maye şəklində olan aydınlatıcı dəriyə mirvari parlaqlığı bəxş edərək, üz cizgilərini təravətləndirir. Strobinq effektini yaratmaq üçün tonal krem ilə qarışdıraraq və yaxud makiyajdan öncə baza kimi istifadə etmək olar.



Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо