Beykinq, müasir makiyaj növü

Biz hər zaman gözəllik ekspertlərindən adəti problemlərin müasir makiyaj üsulları ilə həll olunması qaydalarını öyrənmək istəyirik. Hal-hazırda gündəmdə olan makiyaj üsullarından biri - beykinq, konturinqdən sonra yaranmışdır və sürətlə tanınmaqdadır. Tərcumədə "bişirmə" mənasını daşıyan beykinq, dərimizə ideal hamar bir görünüş verir. Günlük makiyaj kimi istifadə olunmur, odur ki, bu makiyaj üçün bir neçə kosmetik vasitədən istifadə olunur.

Bu vasitələrə gözaltı nahiyə üçün krem, makiyaj altı baza, örtücü (konsiler), aydınlaşdırıcı (haylayter), tonal krem, yarımşəffaf və fiksə edici kirşan daxildir.


Beykinq necə edilir?



1. Gözətrafı nahiyəni nəmləndiririk




Gözətrafı dərinin maksimal nəmləndirilməsi göz ətrafındaki şişkinliyi aradan qaldırmaq və kosmetik vasitənin göz altında gat-gat yıgılmamaması üçün gərəklidir. Əvvəlcə göz altindakı gara kölgələri və yorğunluğu aradan qaldırmaq lazımdır. Bu məqsədlə göz altı üçün yastıqcıqlardan, sonra nəmləndirici kremdən istifadə edilir. Nəmləndirici kremdən üz dərisi yağlı olan xanımlar da istifadə etməlidir.



2. Dəri rəngini bərabərləşdiririk




Makiyaj altı baza, sonra tonal krem vururug. Baza, krem və ya duru sprey halında ola bilər, seçim sizin ixtiyarınızdadır.



3. Göz altına konsiler çəkirik




Konsileri gözün daxili bucağından başlayaraq xaricə - almaciq nahiyəsinə doğru üçbucaq şəklində çəkirlər. Heç bir zaman dairəvi çəkməyin, bu halda baxışınız yorğun və sallaq görünəcək. Konsileri nəm yumşaq süngərlə və ya xüsusi yumşaq fırça ilə yayın.



4. Yarımşəffaf (translusent) pudra çəkirik.




Yumşaq tüklü fırçadan istifadə edərək konsiler çəkilmiş bütün nahiyələrə pudra çəkirik.



5. Makiyaji bişiririk-təsbit edirik.




Adətən, haylayterlə aydınlaşdırdığımız bütün nahiyələrə (alın, gözaltı nahiyə, burun əsası, almacıqaltı nahiyə) nəm süngərlə təsbiedici pudranı çəkirik. Bu vəziyyətdə 10-15 dəqiqə gözləyirik. Sonra dairəvi hərəkətlərlə yumşaq tüklü iri fırça ilə artıq qalan pudranı silirik. Beləliklə, biz makiyajımızı təsbit etmiş və üzə fotoşop effekti vermiş oluruq. Daha gözəl nəticə üçün fırçanı, fikse edici spreylə isladırıq. Fiksə edici sprey bizə makiyajı daha rahat yaymağa və makiyajın qalıcığını artırmağa kömək edir.

Bu makiyaj üsulundan bütün dünyanı öz gözəlliyi ilə heyran edən tanınmış xanımlar - Kayli Jenner, Kendal Jenner, Siara, Rita Ora istifadə edir.

Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо