ÜZ CİZGİLƏRİNİN KONTURLANMASI

Üzün konturlanması gözəlliklərin vurğulanıb qüsurların gizlədilməsi və ya üzün daha qəşəng görünməsi üçün kosmetik vasitələrlə onun korreksiyasıdır. Konturlama enli burnu incəltməyə, çox hündür alnı və çıxıq almaqcıq sümüklərini kiçiltməyə və hətta üzün iri defektlərini (asimmetriyanı) gizlətməyə imkan verir.

Konturlama gündəlik makiyaj proseduru deyil, çünki çox əziyyətli və vaxt aparan prosesdir. Bura çoxlu sayda kosmetik vasitələrin istifadəsi daxildir, ona görə də onuyalnız xüsusi günlərdə etmək məsləhət görülür. Məsələn, məclisə, toya və yaxud təntənəli tədbirə gedirsinizsə.

Konturlamanın prinsipi bzəi hissələrin işıqlandırılıb digərlərinin tündləşdirilməsidir. Bir qayda olaraq üzün vurğulanmalı hissələri işıqlandırılır, gizlədilməli hissələri isə tündləşdirilir.






Konturlama mərhələləri


1) Konturlama prosesi üzün formasının müıyyən edilməsindən başlayır. Üzlər oval, üçbucaq, yumru, kvadrat və tombşəkilli olurlar. Öz cigilərinizin koturlarına diqqətlə baxın və onlardan hansını vurğulayacağınızı, hanısnı isə gizlədəyinizi müəyyən edin.

2) Kosmetikanı təmizlənmiş və tam nəmləndirilmiş sifıtı vurun, nəticənin qalıcı olması üçün makiyaj üçün əsasdan da istifadə etmək olar.

3) Rənglərin sərhədləri yayğın olmalıdır, çünki üzdə müxtəlif rəngli ləkələr deyil, rəvan keçidlər olmalıdır.




Üzün konturlanması üçün fırçalar


Günümüzdə ən populyar fırça kabukidir. O ideal şəkildə çalarlar arasındakı sərhədlərin yayılmasına yarayır. O yastı kəsintili enli fırçadır.

Yarımyumru uclu yastı fırça. Yayılmaya yaramasa da, vasitələrin sürtülməsinə ideal yarayır.

Ucu kəsik fırça. Həm sürtülməyə, həm də yayılmaya uyğundur.

Süngər. Bloggerlər və vizajistlər arasında getdikcə populyarlaşan vasitə. Süngərin iti ucu kosmetik vasitələri hətta çətin çatılan yerlərə, məsələn, burun qanadlarının künclərinə kosmetik vasitələri sürtməyə imkan verir.



Hansı kosmetik vasitələri secmək


Üzün koturlanması üçün həm kremşəkilli, həm də quru məhsullardan istifadə etmək olar. Yeni başlayanlar üçün qru məhsuldan istifadə məsləhətdir, çünki o daha asan vurulur və gündəlik makiyaj üçün ideal yarayır. Müasir istehsalçılar bizə konturalam üçün geniş seçim təqdim edirlər. Onlardan kontur paletlərini, müxtəlif çalarlı konsilerləri göstərmək olar.

Əgər kontur paletini seçmisinizsə, makiyajın təbii görünməsi üçün tonu düzgün seçməyə çalışın.

Əgər konsilerləri seçmisinizsə, onlardan biri mütləq üz rənginizdən işıqlı, digəri isə tünd olmalıdır ki, konturlar daha kəskin bilinsinlər.

Konturlama üçün kosmetik vasitələr seçərkən bir vacib qaydanı yadda saxlayın: onlar parıltısız olmalıdır. Konturlamada yalnız mat özüllər istifadə olunur (aydınlatıcıdan başqa).


Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо