EV ŞƏRAITINDƏ DƏRIYƏ QULLUQ

Demək olar ki, hər kəs gözəl olmaq istəyir və bu başa düşülür. Üz hər kəsin ilk baxdığı yerdir, demək bizim dərimiz həmişə təmiz və təravətli görünməlidir. Lakin tez-tez hava şəraiti, antropogen yük amili və müxtəlif çirklənmələr tipli xarici amillər dəri üçün problemlər yarada bilərlər.

Dəriyə qulluq dərinin qorunması və möhkəmləndirilməsinə yönəlik prosedurlar kompleksidir. Dəriyə qulluq üçün məsləhətlər bir çox əhali qrupları arasında maraqla qarşılanır, çünki bizim özümüzə inamımız gözəllikdən asılıdır. Daha çox populyar olan dəriyə qullu üsulu təmizlənmə, qabıqdan azad etmə və nəmləndirmədir.

 

Üz dərisi üçün təmizləyici prosedur

 

 

Təmizlənmə dəriyə qulluqda ən vacib prosedurlardan biridir. Bunu necə etməyimiz gözəlliyə və ümumilikdə dərinin sağlamlığına təsir edir. Təmizləmə proseduru ilk növbədə makiyajın silinməsindən və məsamələrin təmizlənməsi ilə başlayır. Bu halda bizə təmizləyici vasitələr lazımdır. Bunlara yuyunmaq üçün gel, bədən üçün süd, saç köpüyü və losyon aiddir. Vasitələr dəriyə dairəvi hərəkətlərlə vurulur, sonra su ilə yuyulur. Heç bir halda qaynar və ya soyuq sudan istifadə etməyin, bu kapilyarların işinə mənfi təsir edə bilər. Yuyunmaq üçün ilıq sudan istifadə kifayətdir, onda damarların genişlənməsi və ya daralması baş verməyəcək, bu xüsusən "həssas" damarlara malik olan və dəridə sətəlcəmi olanlara aiddir. Əsas təmizləmədən sonra üzdən tonik və ya losyonla təmizləyici vasitələrin qalıqlarını və makiyajı təmizləyirlər. Daha sonra qidalandırıcı və ya nəmləndirici krem vurmaq tövsiyyə olunur, əgər serum varsa, ondan da istifadə etmək olar. Krem mütləq dərinin növünə uyğun olmalıdır.

 

Dərinin qabıqdan təmizlənməsi

 

 

Dərinin qabıqdan təmizlənməsi həftədə 1-2 dəfədən çox tətbiq olunmayan vacib prosedurdur. Bu proseduru ev şəraitində də həyata keçirmək olar. Bundan ötrü sadəcə skrabınızın olması yetərlidir. Üz uçün skrab dəriyə solğun rəng verən ölü hüceyrələrin üst qatının ləğv edilməsi üçündür. İnsanların əksəriyyəti adətən pilinqdən istifadə edirlər, lakin əgər dərini düzgün qabıqdan təmizləsəniz fərqi tez hiss edəcəksiniz. Ron Berqin sözlərinə görə, kişilərdə dərinin daha uzun müddən gənc qalmasının səbəblərindən biri onların üz qırxma zamanı dərinin bir hissəsini lay-lay qoparırlar. Lakin skrab seçərkən ehtiyatlı olmaq lazımdıdr, çünki o heç də hamıya yaramır. Məsələn, həssas və problemli dərisi olanlara daha çox qoruyucu və çox iti hissəcikləri olmayan skrab məsləhətdir.

 

Dərinin nəmləndirilməsi

 

 

Nəmləndirmə dəriyə qulluq prosesində çox vacib prosedurdur. Dərinin düzgün nəmləndirilməsi onun gözəl və sağlam görkəminin təməlidiri. Dərinin növündən asılı olaraq onu hətta yağlı olsa belə nəmləndirmək lazımdır. Yalnız aknenin mövcudluğu istisnadır. Burada əsas ifrata varmamaq və,dərini zəruri olan qədər nəmləndirməkdir, əks halda bu məsamələrin çirklənməsinə səbəb ola bilər.

 

Öz dərinizi yeniyetmə yaşlardan qoruyun, ona qulluq edin, günəş əleyhinə kremlərdən istifadə edin, bu dərinin maksimal müddət gənc və gözəl saxlamağa imkan verəcək.