SELLÜLİT. ONDAN NECƏ XİLAS OLMALI

Müasir qadının bədənində sellülitin əmələ gəlməsi sadəcə xoşagəlməz hal deyil, həm də əsl problemdir. Və əgər bir neçə on il ərzində buna diqqət yetirilmirdisə və qadınlar çimərlikdə müvafiq geyimdə rahat ola bilirdilərsə də, bu gün sellülit qadının özünə baxmamasının göstəricisidir.


Simptomlar və səbəblər

Qızlarda sellülit 20-25 yaşlarda, hamiləlik dövründə və ondan sonra inkişaf edir. Sizdə sellülitin olduğunu bilmək istəyirsinizsə, bu üsuldan istifadə edin - budun dərisini əlinizlə sıxın, əgər "portağal qabığı" formasını alsa, deməli siz həmin xəstəliyin daşıyıcısısız.


Sellülit problemi ilə heç olmasa bir dəfə rastlaşan qadın ondan xilas olmağın nə qədər çətin olduğunu bilir. Onun əmələ gəlmə səbəbləri müxtəlif ola bilər: genetik uyğunluq, periferik qan dövranı pozğunluğu, düzgün olmayan qidalanma, hormonal pozğunluqlar, azhərəkətli həyat tərzi, siqaret çəkmə, stress, çəkinin tez-tez dəyişməsi. Sellülit təkcə kök qadınlarda deyil, arıq qadınların da bədənində peyda ola bilər.

 

Sellülitdən necə xilas olmalı?

Sellülitin müalicəsi üç üsulla aparıla bilər: kremlər, yağlar, müxtəlif vasitələrdən (ən sadə və geniş yayılmış) istifadə etməklə, dieta ilə (qida rasionunda fast-foodu, yağlı və hisə verilmişləri ixtisar etməklə), antisellülit masaj və təlimlərlə.

 

Müalicə və tövsiyyələr

Əgər sizdə sellülit yoxdursa, onun gələcəkdə də olmaması üçün bu tövsiyyələrimizə diqqət yetirin:

  • Bədən çəkisinin kəskin dəyişməsinə yol verməyin;
  • İdmanla məşğul olmağı birdən-birə atmayın;
  • Yükü tədricən azaldın;
  • Hormonal sistemi nəzarətdə saxlayın;
  • Düzgün qidalanın;
  • Siqareti tərgidin;
  • Duş qəbul edərkən sərt süngər və skrablardan istifadə edin, mütəmadi olaraq bud və baldırınızı masaj edin