MAKİYAJIN 10 ƏSAS BİCLİYİ

Qəribədir, amma makiyajdakı bir neçə biclik bizi daha gözəl edə bilər. Biz makiyajınızı daha mükəmməl, özünüzü isə daha gözəl edə bilən bir neçə əsas fəndləri seçmişik.


Gözün daha iri görünməsi üçün, ən açıq aydınlatıcını qaşların yüksəlmə xəttinin altından, göz qapağının ortasından və gözün daxili küncünə çəkin. Bu görünüş baxımından gözü böyüdəcək və onları daha ifadəli edəcək.
Əgər kölgələrin rəngi istədiyiniz kimi deyilsə, kefinizi pozmayın! Gələn dəfə açıq bazanı göz qapağının üstündən çəkin! Bu, istədiyiniz nəticəyə səbəb olacaq.
Əgər siz qeyri-peşəkar vizajistsinizsə və xətlər heç də düz alınmırsa, əvvəlcə xətti qələmlə çəkin, sonra üstündən maye layner vurun. Bu, sizə düz xətlər çəkməyə imkan verəcək, həmçinin onları daha qalıcı edəcək.
Makiyaja başlayanda tonal kremi vurmağın düzgünlüyü barədə düşünürsünüzmü? Sizin fırça və ya süngər hansı tərəfə hərəkət edir? Çoxumuz intuitiv olaraq bunu aşağıdan yuxarıya doğru edirlər və fikirləşirlər ki, belə yolla biz dəridəki kiçik qırışları və nahamarlıqları daha yaxşı maskalayırlar. Lakin yadda saxlamaq lazımdır ki, üzdə kiçik tüklər bitirlər və onların böyümə istiqaməti yuxarıdan aşağıdır. Ona görə də biz hər dəfə tonal kremi onların böyüməsi istiqaməti əleyhinə vurduqda, biz onları daha da çox nəzərəçarpan, üz rəngini isə qeyri-bərabər etməklə risq edirik. Özünüzü kosmetik vasitələri yuxarıdan aşağıya vurmağa öyrədin.
Əgər hələ dodaq skrabı almamısınızsa, dodaq boyası və ya parıltı vurmazdan əvvəl diş fırçasından istifadə edə bilərsiniz. Bu, sizə bərkimiş hissələri aradan götürməyə və dodaqları yumşaq etməyə kömək edəcək.
Əgər baxışınızı daha geniş etmək istəyirsinizsə, qara (və ya boz) kölgələri göz qapağının üst hissəsinə, qəhvəyi kölgəni isə alt hissəyə vurun. Bu üsuldan vizajistlər tez-tez istifadə edirlər. Yuxarı və aşağı göz qapaqlarınə layner vurmayın, bu gözlərinizi xeyli daraldacaq.
Tonal kremin üzdə daha az nəzərə çarpması və BB kremi effektini verməsi üçün onu yüngül nəmləndirici kremlə qarışdırın. Nisbəti özünüz seçin.
Təbii makiyaj effekti yaratmaq üçün, qələmlə krpiklərin böyümə xəttinin üzrəindən deyil, göz qapağının içəri hissəsindən çəkin. Bu gözün formasını nəzərə çarpdıracaq, baxışınızı daha ifadəli edəcək, makiyajınız isə parktiki olaraq bilinməyəcək.
Üz yorğunluğu effektindən yaxa qurtarmaq üçün gözün altına dəri rəngindən bir az açıq korrektəedici vasitə (konsiler/korrektor) sürtün.
Hədiyyə verilən dodaq boyasnın rəngi uyğun gəlmirsə, kefinizi pozmayın. Hərdən hətta 2-3 ən dəhşətli rənglərdən yaxşı nəticə almaq olar.