Bədənə qulluq 10 əsas qayda

Təbiət bizi gözəl və mükəmməl yaradıb, amma cavanlıq təəssüf ki, əbədi deyil və solmaq xüsusiyyətinə malikdir. Buna görə də biz nə qədər tez öz bədənimizin qayğısına qalsaq, bir o qədər çox bizim onu cavan və gözəl saxlamaq şansımız var.

Biz üzümüzə diqqətlə qayğı göstəririk, çünki o həmişə göz önündədir, bədənimizə isə biz çox az diqqət yetiririk və onun haqqında yalnız çimərlik mövsümü başlamazdan əvvəl düşünürük, ya da onunla bağlı hansısa problem yaranandan sonra.

Baxmayaraq ki, bədənin dərisi gec qocalır, amma onda piy vəzi azdır, ona görə də tez quruyur, incəlir və qabıqlayır. Bədəndəki xırda zədələr üzdəkilərə nisbətən daha pis sağalır. İlk növbədə əlin, ayağın və budun dərisi qocalır, əvvəlki elastikliyini itirir və sallanır. Dərini maksimal dərəcədə uzun müddət gözəl saxlamaq üçün 10 əsas qaydaya riayət etmək lazımdır:


Bədənə qulluq üçün məsləhətlər




#1 - Dərinizi günəşdən qoruyun.

Düzgün seçilmiş qoruma faktorlu günəşdən qoruyucu krem çəkməmiş günəşə çıxmayın. Günün ən isti saatlarında günün altında olmaqdan qaçmağa çalışın.





#2 - Sabundan istifadədən imtina edin.

Duş qəbul edən zaman sabundan istifadə məsləhət deyil. O dərini qurudur və qabıqlanmaya səbəb olur. Sabunu duş üçün gellə əvəz edin, ən pis halda lipidlərlə zənginləşdirilmiş sabundan istifadə edin.





#3 - İlıq su ilə duş qəbul edin.

Bədənin dərisi üz dərisi kimidir, gündəlik nəmlənmə tələb edir, amma həddindən artıq uzun müddətdə duşun altında qalmaq, yaxud da vanna qəbul etmək olmaz. Bu da dərini qurudur və qabıqlanmasına səbəb olur. İlıq sudan istifadə edin, qaynar sudan deyil.





#4 - Dərini çiməndən sonra ehtiyatla silin.

Dərini tam quruyanadək silməyin. Dəriyə təbii yolla qurumağa imkan verin.





#5 - Dərini nəmləndirin.

Dərinin gündəlik nəmləndirilməsini adət halına gətirin. Öz dəri növünüzə uyğun nəmləndirici krem və ya bədən losyonu seçin. Bu epidermisin hidrolipid təbəqəsini bərpa etməyə kömək edəcək. Unutmayın ki, nəmləndirmə bütün növ dərilər üçün zəruridir.





#6 - Dərini şaxtadan qoruyun.

Bir qayda olaraq, dərini yalnız günəşdən deyil, həm də şaxtadan qorumaq lazımdır. Qışda dəri həssas və zədələnməyə meylli olur. Dartılma və quruluq hissi əmələ gəlir. Qalın geyinin, qoruyucu kremlər və dodaq üçün balzamlardan istifadə edin.





#7 - Çoxlu su için.

Dərinin cavan qalması üçün gündə təxminən 8 stəkan su içmək lazımdır. Yatmazdan əvvəl bir stəkan su, səhər yeməyində çay, gün ərzində mineral su, axşam saatlarında ot çayı için.





#8 - Düzgün qidalanın.

Düzgün qida gözəlliyiniz maksinal uzun müddətdə qorumağa imkan verəcək. Gündəlik menyunuza antioksidanlarla zəngin meyvə və tərəvəzləri daxil edin.





#9 - Yaxşı yatın.

Dərinin gözəlliyi bir çox hallarda sağlam yuxudan asılıdır. Hər bir orqanizmə özünü gümrah hiss etmək üçün müəyyən saat dincəlmək lazımdır. Bir qayda olaraq, sağlam yuxu ən azı 7 saat tələb edir.





#10 - Siqareti tərgidin.

Soqaret çəkmək sağlamlığa ən çox zərərə verən vərdişdir. O dərinin rənginə və vəziyyətinə pis təsir göstərir. Üz rəngi boğuq olur, dəri isə tez qocalır.

Оставьте ваш комментарий

Внимание: HTML не поддерживается!
    плохо           хоорошо